Fevralın 8-də Bakıda intihar hadisəsi baş verib. Fevralın 8-də Bakıda intihar hadisəsi baş verib.

Bakıda gənc qız özünü asdı - Təfərrüatlar + Fotolar (Yenilənib 2)

Fevralın 8-də Bakıda intihar hadisəsi baş verib.


Hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Vahabova Nigar Tahir qızı özünü asaraq intihar edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.


***
10:58


Dünən Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarından əldə olunan məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Vahabova jurnalist, İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır. A.Vahabova bacısının ölümü ilə bağlı sosial şəbəkədi səhifəsində status yazıb.

***
13:41


Dünən Bakıda intihar edən 23 yaşlı Nigar Vahabovanın ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. Məlumata görə, N.Vahabova xeyli müddət imiş ki, qəzetlərdən birində mühasibatlıqda çalışırmış. 3 ilə yaxın burada çalışan N.Vahabova bir müddət əvvəl işdən ayrılıb.

O da bildirilib ki, N.Vahabovanın atası Rusiyada yaşayır. Qızının ölümündən bu gün xəbər tutan ata yola çıxaraq Bakıya gəlir. Lakin onun qızının dəfninə çatması mümkün olmayıb. N.Vahabovanın nəşi dəfn edilmək üçün artıq Şüvəlan qəsəbə məzarlığına aparılıb.


Lent.az