Dosye.org saytında yayımlanan “Qazaxıstandakı “Azərbaycan Cəmiyyəti” Bakı ilə Astananın arasını vurur?” başlıqlı məqalə Qazaxıstanda böyük maraqla qarşılanıb. Dosye.org saytında yayımlanan “Qazaxıstandakı “Azərbaycan Cəmiyyəti” Bakı ilə Astananın arasını vurur?” başlıqlı məqalə Qazaxıstanda böyük maraqla qarşılanıb.

Qazaxıstanda "Azərbaycan Cəmiyyətinin" fəaliyyəti yoxlanılacaq - İDDİA

Dosye.org saytında yayımlanan “Qazaxıstandakı “Azərbaycan Cəmiyyəti” Bakı ilə Astananın arasını vurur?” başlıqlı məqalə Qazaxıstanda böyük maraqla qarşılanıb.

AzNews.az həmin sayta istinadən xəbər verir ki, Qazaxıstan Respublikasında diaspor təşkilatı adı altında fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti” adlı qurum iki ölkə arasında nifaq salmaqdan belə çəkinmir. Bu barədə ötən yazılarımızda məlumat vermişdik.

Alma-Ata şəhərindən məlumat verən mənbə iddia edir ki, “Azərbaycan Cəmiyyəti” ətrafında birləşən şəxslər öz şəxsi maraqlar naminə bütün saxta oyunlardan yaralanmağa çalışır. Qərib adlı diaspora sədri güya cəmiyyət üçün lazımı işlər görür. Mənbəmiz daha sonra əlavə edir ki, Alma-Ata şəhərində yaşayan, əslən Azərbaycanın Ucar rayonundan olan Əli adlı polis əməkdaşı milləti aşağılamaqdan ötrü hər şey edir. Maraqlısı büdür ki, damarında Azərbaycanlı qanı axan bir kimsə öz milli dəyərlərini tapdağ altına ataraq xalqımızın ünvanına iftiralar səsləndirir. Təbii ki, bütün bunlar zamanın ixtiyarına verilir.

Bir faktı etiraf etmək lazımdır ki, Azərbaycan xalqı dünyanın istənilən ölkəsində öz mədəniyyəti ilə seçilir. Əbulfəslər, Əlilər, Qəriblər, Qəhrəmanlar qoy başqa xalqlara sığınsınlar. Amma iki xalq arasında konfilikt yaratmasınlar. Bu gün böyük qazax xalqı, eyni soy-kökdən olduğumuz türk qardaş-bacılarımız yaxşı xatırladır ki, iki xalq qədim tarixdən eyni ənənələrə malikdir. Müstəqillik yolunda eyni vaxtlarda addımladığımız, qoşa azadlığa can atdığımız Qazaxıstan da bu gün ölkəmiz kimi güclü, qüdrətli bir türk dövlətinə çevrilib.

Ulu öndər Heydər Əliyev və Qazaxıstan lideri Nursultan Nazarbayevin əsasını qoyduqları birlik, bərabərlik, qardaşlıq ideyaları bu gün cənab prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Əfsuslər olsun ki, bütün bu təqdirəlayiq və davamlı işlərə kölgə salmaq üçün "xırda fiqurlar" öz iyrənc əməllərindən bir addım belə geri çəkilmək istəmirlər. Bəlkə də, Qazaxstan Respublikasının prezidenti Nursultan Nazarbayevin qardaşı Bolad Nazarbayev qazax xalqının səsinə səs verəcək. Ən azından xalq yazıçısı Səbit Mukanov adına parkın zəbt edilməsinə etiraz edərdi. Düzdür, Bolad Nazarbayevin səhətində ciddi problemlər buna imkan vermir. Elə bu baxımdan Əbulfəs Xamedov imkanlardan maksimum yaralanmağa çalışır.

İnanaq ki, iki qardaş xalq arasında münasibətlərin gərginləşməsidən ötrü çalışan bəzi quvvələr ifşa ediləcək. Və Qazaxstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayev məsələni ciddi nəzarətə götürəcək. Araşdırmalarımız davam edir...