Dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan “Darül Bir” təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Rəşad Axundov Dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan “Darül Bir” təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Rəşad Axundov

“Bizi MTN yox, Vergi işçiləri aparmışddı” – dünənki əməliyyatla bağlı açıqlama

Dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan “Darül Bir” təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Rəşad Axundov

sərbəst buraxılıb..

O, AzNews.az-a açıqlamasında bildirib ki, dünən həqiqətən bir neçə silahlı şəxs onların ofisinə daxil olub: "Amma onlar xüsusi xidmət orqanlarının, MTN-nin əməkdaşları deyil, Vergilər Nazirliyinin Vergi Cinayəti İdarəsinin işçiləri idi".

Nümayəndəlik rəhbəri bildirib ki, həmin şəxslər ofisə gələrək, bir sıra sənədləri idarəyə aparıblar: "Biz də onlarla gedib, sənədləri təhvil verib, izahat yazmışıq. Əslində bizim vergi ilə heç bir problemimiz olmamalıydı. Çünki biz humanitar təşkilatıq. Yetim uşaqlara, fiziki qüsurlu adamlara yardım edirik. Bizim vergidən azad olunmağımız Azərbaycanın qanunvericiliyi ilə tənzimlənir. Bizim heç bir qanun pozuntumuz yoxdur. Lakin nədənsə Azərbaycan nümayəndəliyinin fəaliyyəti hazırda Vergilər Nazirliyi tərəfindən yoxlanılmaqdadır. Hər hansı bir üzvümüzün həbs olunması və ya saxlanılması xəbəri doğru deyil. Biz Azərbaycanın bütün dövlət qurumları kimi vergi orqanları ilə də əməkdaşlıq edir və fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun aparırıq".
Rəşad Axundov Vergi əməkdaşlarının ofisə silahla gəlməsinin səbəbini izah etməyib: "Mən bu barədə heç nə deyə bilmərəm. Gələnlərdən biri Vergilər Nazirliyinin rəsmi formasında, qalanlar isə mülki geyimdə idi. Onların silahlı olması hadisə şahidlərini xoflandırıb və elə biliblər ki, ofisə gələnlər MTN əməkdaşlarıdır".

O, təşkilatın hansısa dini cərəyanla əlaqələndirməsinin yanlış olduğunu da söyləyib: "Bizim hansısa dini təriqətlərlə əlaqəmizin olması kökündən yanlışdır. Biz xeyriyyəçiliklə və qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstəririk. Azərbaycanımızın ən ağır günlərində – 1994-cü ildə dövlət qeydiyyatına alınan təşkilatımız, erməni təcavüzü nəticəsində ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətlərdə aktiv iştirak edən təşkilatımız bu vaxta qədər heç bir dini-milli-siyasi fəaliyyətlə məşğul olmayıb. Cəmiyyət Bakıda fəaliyyətə başladığı gündən etibarən Azərbaycan hökuməti, xüsusən Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə birgə çalışaraq dəyərli Azərbaycan xalqının xidmətində durmuş və öz köməyini heç zaman əsirgəməmişdir. Müxtəlif humanitar və bu sahədəki inkişaf layihələrinin müəllifi olan "Darul-Bir" Xeyriyyə Cəmiyyətinin Azərbaycan Respublikasındakı əsas fəaliyyəti ata qayğısından məhrum olmuş uşaqlarla bağlıdır. Valideyn himayəsinə son dərəcə ehtiyacı olan, lakin bundan sonrakı həyatlarını atasız yaşamağa məhkum olmuş körpələrə bu acını mümkün qədər unutdurmaq, maddi dəstək olmaqla onların məişət problemlərini qismən də olsa həll etmək Cəmiyyətin ali məqsədidir. Cəmiyyət yetim uşaqların himayəyə götürülməsi layihəsi çərçivəsində sayı getdikcə artmaqda olan bu uşaqları müəyyən məbləğdə aylıq maddi yardımla təmin edir. 2007-ci ildən etibarən "Darul-Bir" Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrin himayəyə götürülməsi layihəsi çərçivəsində Azərbayca2n Respublikasının aztəminatlı ailələrinə də yardım göstərir. Sözügedən layihədən hal hazırda Respublikanın müxtəlif bölgələrinə mənsub, əksəriyyəti qaçqın və məcburi köçkün olmaqla onlarla aztəminatlı azərbaycanlı ailəsi yararlanır.


Qeyd edək ki, Rəşad Axundovun bu açıqlamasından sonra Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən dünən "Darul-Bir" adlı təşkilatda yoxlamaların aparılması xəbərini təsdiq etmədilər.
Məlumat üçün bildirək ki, "Darul-Bir" Xeyriyyə Cəmiyyəti 1979-cu ildə, Birləşmiş Ərəb Əmirlikləri dövlətində təsis edilib. Cəmiyyətin Azərbaycan Nümayəndəliyi 1994-cü ildə açılıb.