Alimlər ilk dəfə kosmosda siçan embrionları yetişdiriblər

Kosmosda mikroqravitasiya və yüksək radiasiya şəraitində embrionun inkişafını tədqiq edən tədqiqatçılar ilk dəfə kosmosda yetişdirilən siçan embrionlarının sağlam inkişaflarını davam etdirdiklərini aşkar ediblər.

Aznews.az xəbər verir ki, bu barədə “New Scientist”in məlumatına görə, alimlər Beynəlxalq Kosmik Stansiyada (BKS) ilk dəfə olaraq siçan embrionu yetişdiriblər.

Tədqiqatın aparıcı müəllifi Teruhiko Vakayama və onun laboratoriyadakı komandası tərəfindən hazırlanmış dondurulmuş siçan ziqotları 2021-ci ilin avqustunda "SpaceX" raketi ilə BKS-ə göndərilib.

BKS-də olan astronavtlar 2 hüceyrəli embrion (ziqot) kulturunu ana bətnindən kənarda yaşaya biləcəkləri maksimum müddət olan 4 gün ərzində yetişdiriblər və kimyəvi müalicələrlə xarab olmasının qarşısını alaraq onu yenidən Yerə göndəriblər.

Tədqiqatçılar mikroqravitasiya və yüksək radiasiya mühitində yetişdirilən siçan embrionlarında DNT və strukturun pozulmasının müşahidə olunmadığını, döl və plasentanın formalaşmasına normal gedişin aşkar edildiyini bildiriblər.

Kosmosda yüksək radiasiyanın embrionların DNT ardıcıllığına zərər verməməsinin qısa müddətli məruz qalma ilə izah oluna biləcəyi hesab edilir.

Vakayama qeyd edib ki, hamilə qadınların Yerdən Marsa 6 aydan çox davam edən səyahətlərə daxil olma ehtimalına qarşı tədbir olaraq bu, prosesin təhlükəsizliyini təsdiqləyən mühüm addımdır.

Nəticələrin məməli növlərinin kosmosda çoxalmasının mümkün olduğuna işarə etdiyini deyən Vakayama, mikroqravitasiyada doğumun çətinliklərinin hələ bilinmədiyini vurğulayıb.

Mövsüm