İsrail parlamenti ölüm hökmünü təsdiqlədi

İsrail parlamenti Knesset terrorçuların ölüm cəzası barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, terror aktları təşkil etməkdə ittiham edilənlər dərhal edam olunacaq. Bunun üçün məhkəmə instansiyasına daxil olan 3 hakimdən ikisinin rəyi mütləqdir.

Sənədə görə, ölüm hökmüdən heç bir şikayət verilə bilməz.

Müdafiə naziri Aviqdor Liberman parlamentin bu qərarını şərh edərkən deyib ki, bu, terrorizmlə mübarizədə effektli bir qərardır. Libermanın sözlərinə görə, terrorçu heç bir halda cəzasız qalmamalıdır.

Xatırladaq ki, Libermanın başçılıq etdiyi "Bizim evimiz - İsraildir" partiyası bir neçə dəfə bununla bağlı layihə təqdim etsə də, qəbul olunmayıb.