- Köhnə - Dünya
- 4 Yanvar 2018 17:24
- 4 974
Kolbasa alarkən ehtiyatlı olun! Döş xərçəngi riski
Alimlərin fikrincə, mal ətindən hazırlanmış kolbasa və sosislər bədxassəli şişlərə tutulma riskini artırır.
AzNews.az European Journal of Cancer-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Qlazqo universitetinin mütəxəssisləri 260 min orta yaşlı qadın arasında tədqiqat aparıb.
Məlum olub ki, ət məhsullarından gün ərzində hətta 9 qram qəbul etmək döş xərçəngini riskini 15 faiz artırır. Bu rəqəm həftəyə 3 dilim kolbasa və iki sosislə ekvivalentlik təşkil edir.
Təhlükə də məhz ət məhsullarının yenidən emalında hiss olunur.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində 50 qramdan çox kolbasanın xərçəng riskini 18 faiz artırdığı barədə məlumat yaymışdı.