- Köhnə - Dünya
- 5 Yanvar 2018 14:52
- 18 998
Trampın həyatı barədə kitab çıxdı - Arvadı ilə çox bədbəxtdir
ABŞ prezidenti Donald Tramp haqqında kitab yazan Maykl Vulf ən çox yeri onun həyat yoldaşı ilə münasibətlərinə ayırıb.
AzNews.az Daily Mail-ə istinadən xəbər verir ki, kitabda onun ailə həyatının çox uğursuz olması yazılır.
Müəllif yazır ki, prezident seçilməmişdən əvvəl Donald və Melani ayrı yaşayıb. O, öz kiçik oğlu Berron haqqında çox az bilir, həyat yoldaşını isə ancaq onun xarici gözəlliyi ilə qürur duymaq üçün xatırlayır. Melani prezidentliyə qədər ərindən az xəbəri olub və onunla demək olar ki, heç görüşməyib. Hətta Donald Tramp seçkilərdə qələbə qazananda Melani ağlayıb. Ona elə gəlirdi ki, o, prezident olandan sonra onun oğlu ilə birgə keçirdiyi sakit həyatı dağıdacaq.
Donald Tramp bu kitabı başdan-ayağa yalan adlandırıb.