- Köhnə - Dünya
- 5 Yanvar 2018 22:25
- 4 526
Ayna Həmzətovanın Rusiya prezidentliyinə namizədliyini qeydə almadılar
Rusiyanın Mərkəzi Seçki Komissiyası Dağıstan müftisinin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru Ayna Həmzətovanın prezident vəzifəsinə namizədliyini qeydə almayıb.
AzNews.az "Kavkazskiy Uzel"ə istinadən xəbər verir ki, buna səbəb isə qeydiyyat prosedurunun pozulmasıdır.
Bundan əlavə, A. Həmzətova bütün lazımı, o cümlədən özü və həyat yoldaşının maliyyə vəziyyətini əks etdirən sənədləri təqdim etməyib.
Qeyd edək ki, Rusiyada seçkiqabağı kampaniya dekabrın 17-də start götürüb. Prezident seçkiləri 2018-ci il, martın 18-ə təyin edilib.