- Köhnə - Dünya
- 25 İyun 2018 09:58
- 2 839
Məşhur futbolçu millət vəkili seçildi
Türkiyədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinin üzvü seçilənlər arasında ölkənin tanınmış idmançıları da var.
"Report"un məlumatına görə, Türkiyənin məşhur futbolçusu, ölkə millisinin sabiq üzvü Alpay Özalan və motosikletçi Kenan Sofuoğlu millət vəkili seçiliblər.
A.Özalanın və K.Sofuoğlunun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Keçmiş futbolçu İzmirdən millət vəkili seçilib. K.Sofuoğlu isə Böyük Millət Məclisində Sakaryanı təmsil edəcək.
AzNews.az