- EKONEWS
- 21 Fevral 2025 10:58
- 4 585
Ən çox qar bu ərazilərə yağıb
Ən çox qar yağan ərazilər açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.
Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.