“Krallar”ın oyununa hakim damğa vurdu



Çempionlar Liqası son 16 komanda mübarizəsində 1-1-in revanşında evində Real Madridi qəbul edən Mançester Yunayted azarkeşlərinin üzünü güldürə bilməyib.

AzNews.az xəbər verir ki, oyunun ilk hissəsi 1-0 Mançester təmsilçisinin xeyrinə başa çatdı.
2-ci hissə başlar başlamaz hücumlarını davam etdirən meydan sahibləri 56-ci dəqiqədə ağır yara aldılar. Oyunun baş hakimi Cüneyd Çakırın Naniyə göstərdiyi qırmızı vərəqə gedişatı dəyişdi. Bundan ruhlanan Madrid təmsilçisi Modriç və Ronaldonun qolları ilə önə keçərək turun taleyinə aydınlıq gətirdilər.

Beləliklə, Ümumi hesabda Mançester Yunayted üzərində 3-2 hesabı ilə qələbə qaza Real Madrid növbəti mərhələyə adlayıb.

Fərid
AzNews.az