Bu gün gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom”MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranan müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb. Bu gün gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom”MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranan müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb.

“Azercell” abunəçilərin mobil rabitə xidmətlərinin təmin edilməsi üçün tədbirlər görür

Bu gün gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom”MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranan müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb.

“Azercell Telekom”dan AzNews.az-a verilən məlumata görə, müstəqil generatorlar vasitəsilə şirkətin əsas ofisləri, “Telefon Mərkəzi və Məlumat Mərkəzi”nin, eləcədə bir sıra saytların kəsintisiz fəaliyyəti dərhal bərpa edilib, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda kəskin isti hava şəraitinə baxmayaraq, “Azercell” abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.