Düzdür, bu, özü ilə müəyyən çətinliklər gətirəcək Düzdür, bu, özü ilə müəyyən çətinliklər gətirəcək
  • Hadisə
  • 31 May 2019 21:24
  •  10 189

F-35-dən məhrum olmaq Türkiyə üçün faciə deyil - İlqar Vəlizadə "Yaxın Plan"da

Düzdür, bu, özü ilə müəyyən çətinliklər gətirəcək

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla "Yaxın plan" layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz politoloq İlqar Vəlizadədir.

Картинки по запросу İlqar Vəlizadə

- İlqar bəy, bildiyiniz kimi ABŞ-la Türkiyə arasında S-400-lə bağlı qalmaqal davam edir. Hər iki tərəf geri çəkilməyəcəyini açıq şəkildə bildirir. Sizcə, rəsmi Ankara Vaşinqton qarşısında tab gətirə biləcəkmi?

- Bununla bağlı birmənalı fikir səsləndirmək çətindir. Əlbəttə, rəsmi Ankara öz addımlarını sonradan imicinə xələl gətirməyəcək şəkildə atmağa çalışacaq. Ona görə də düşünürəm ki, müəyyən xətt var və bu xətdən sonra Ankara mövzu ilə daha ehtiyatlı davranmağa məcbur olacaq. Hazırda geri çəkilməklə bağlı danışmaq çətindir. Ankaranın geri çəkiləcəyini düşünmürəm. Çünki nəzərə almaq lazımdır ki, Rusiya ilə danışıqlar aparılıb və Ankara Rusiya qarşısında müəyyən öhdəliklər götürüb. Həmin öhdəliklər faktdır və bu faktdan qaçmaq olmaz.

- ABŞ tərəfi dəfələrlə bəyan edib ki, S-400 raket sistemlərinin alışı tamamlanarsa, Türkiyə F-35 proqramından çıxarılacaq. Fikrinizcə, Türkiyənin seçimi necə olacaq?

Картинки по запросу İlqar Vəlizadə

- F-35-dən məhrum olmaq Türkiyə üçün böyük faciə deyil. Düzdür, bu, özü ilə müəyyən çətinliklər gətirəcək. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyənin öz proqramı var və 2023-cü ildə öz qırıcı təyyarələrinin təqdimatını keçirəcəklər. Çox güman ki, F-35 proqramı ilə bağlı razılıq əldə olunmasa, onda Türkiyənin həmin proqramının reallaşdırılması ilə bağlı işlər tezləşdiriləcək. Amma S-400-ü Türkiyə başqa hansısa sistemlə əvəz edə bilməyəcək. Ona görə də hesab edirəm ki, seçim S-400-dən yana olacaq.

- Qeyd etdiniz ki, Türkiyə F-35 proqramı ilə bağlı razılıq əldə olunmadığı halda öz qırıcı təyyarələrinin istehsalı proqramını sürətləndirəcək. Onların ABŞ-a dirənişi də bununla bağlı ola bilərmi?

-Yox, düşünmürəm. Bunlar ayrı-ayrı proqramlardır. Yenə də Türkiyə bütün hallarda qırıcıları başqa yerlərdən də ala bilər. Amma S-400 sisteminin dünyada tayı-bərabəri yoxdur. Hansısa başqa dövlətdən onu asanlıqla əldə edə bilməz. Çox güman ki, Türkiyənin strateqləri də bunu başa düşürlər və müvafiq addımlar atırlar.

- Rəsmi Tehran da S-400 sistemini almaq üçün müraciət edib, ancaq mənfi cavab alıb. Niyə Rusiya ABŞ-a qarşı mübarizə aparmaq üçün İranla birləşmir?

Картинки по запросу İlqar Vəlizadə

- S-400-lə bağlı danışıqlar təkcə siyasi müstəvidə yox, iqtisadi müstəvidə də aparılır. Baxın, S-400-ü alan tərəf bu və ya digər şəkildə Rusiyanın hərbi bazarına bağlanır. Ehtiyat hissələrini də Rusiyadan almağa məcbur olacaq. Əgər dövlət qüdrətlidirsə, onun iqtisadi imkanları varsa, bu məsələyə əlverişli bazar kimi yanaşır. Türkiyə Rusiya üçün əlverişli hərbi bazarıdır. Rusiya düşünür ki, bu bazarı əldə saxlamaqla rəqiblərini kənarlaşdıracaq. Digər tərəfdən də Rusiya-Türkiyə arasında S-400-lə bağlı saziş baş tutsa, digər ölkələr də bununla bağlı istəklərini ortalığa qoyacaq. Əslində elə Rusiyanın da istədiyi budur. Onların hərbi texnika istehsalının xəzinəyə də əlavə gəlir gətirməsi də istisna deyil.

Pərvanə Ağazadə

AzNews.az