"Paşinyanın son müsahibəsindən də göründüyü kimi Ermənistan hazırda çətin durumdadır və böyük dövlətlərin geosiyasi ziddiyyətləti fonunda üstəlik daxili siyasi - iqtisadi böhran keçirir. İnkişaf edən Azərbaycanla müqayisə olunmaz dərəcədə zəif olan Ermənistanın yeni rəhbərliyi Qarabağ kartından yararlanmaqdan başqa çarə görmür. Lakin o, Rusiyanın timsalında köhnə müttəfiqini itirib, Qərbin timsalında isə yeni müttəfiq tapa bilməyib". "Paşinyanın son müsahibəsindən də göründüyü kimi Ermənistan hazırda çətin durumdadır və böyük dövlətlərin geosiyasi ziddiyyətləti fonunda üstəlik daxili siyasi - iqtisadi böhran keçirir. İnkişaf edən Azərbaycanla müqayisə olunmaz dərəcədə zəif olan Ermənistanın yeni rəhbərliyi Qarabağ kartından yararlanmaqdan başqa çarə görmür. Lakin o, Rusiyanın timsalında köhnə müttəfiqini itirib, Qərbin timsalında isə yeni müttəfiq tapa bilməyib".

“Brüssel sammitində Ermənistan rəhbərliyinin bütün ümidləri puç oldu” - Şərh

"Paşinyanın son müsahibəsindən də göründüyü kimi Ermənistan hazırda çətin durumdadır və böyük dövlətlərin geosiyasi ziddiyyətləti fonunda üstəlik daxili siyasi - iqtisadi böhran keçirir. İnkişaf edən Azərbaycanla müqayisə olunmaz dərəcədə zəif olan Ermənistanın yeni rəhbərliyi Qarabağ kartından yararlanmaqdan başqa çarə görmür. Lakin o, Rusiyanın timsalında köhnə müttəfiqini itirib, Qərbin timsalında isə yeni müttəfiq tapa bilməyib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssiz Nəzakət Məmmədova deyib.

O, bildirib ki, Son Brüssel sammitində Ermənistan rəhbərliyinin bütün ümidləri puç oldu: "NATO və Avropa Birliyinə gedən Paşinyan orada istədiyi nəticələri əldə edə bilmədi. Üstəlik, Avropa Birliyi və NATO Azərbaycanla ərazi bütövlüyü məsələsində əvvəlki kimi həmrəylik nümayiş etdirdi. Bu görüşlərdən sonra anti Rusiya ritorikasını xeyli azaltmağa məcbur olan baş nazir Rusiyanın hərbi bazasının ölkəsində qalacağını bəyan edib. Halbuki, bu, Ermənistanın könüllü seçimi, Rusiyaya xoşməramlı münasibəti deyil. Sadəcə, Brüsseldə NATO baş katibi Stoltenberq bəyan etdi ki, NATO gələcəkdə Gürcüstan və Ukraynanı üzvlüyə qəbul edəcək və Qara dəniz hövzəsində öz hərbi iştirakını artıracaqdır. Bu isə o deməkdir ki, Alyansın əsas hədəfi Rusiyadır".

Politoloqun sözlərinə görə İranla sərhəddə onsuz da NATO üzvü Türkiyə var və Ermənistana ehtiyac yoxdur. Bununla da Paşinyanın NATO və AB-dən güzəşt qoparmaq limiti tükənmiş oldu: "Paşinyan, yenidən Rusiya ilə ortaq məxrəc axtarmağa məcburdur. Lakin etimad artıq itib. O, Rusiya və Belarusla Azərbaycana silah satışının dayandırılması danışıqları aparacaqlarını deyir. Silah satışı və alışı ölkələrin suveren hüququdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkə kimi Ermənistan öz müttəfiqlik öhdəliyinə sadiq qalmadığı üçün Rusiya və Belarusdan da loyallıq gözləmək haqqını itirib".

N.Məmmədova vurğulayıb ki, Paşinyan müsahibəsində yalnız Ermənistandan kompromis gözləndiyini qeyd edib. Bu isə o deməkdir ki, bu ölkə işğal siyasətindən əl çəkməyə vadar edilə bilər: "Ermənistanın vəziyyəti getdikcə ağırlaşmağa doğru gedir. Bu ölkədə daxili siyasi böhranın dərinləşməsi labüddür. Paşinyanın Respublika partiyasının üstün mövqedə olduğu parlamenti buraxaraq növbədənkənar seçkilər keçirmək planı nə artıq müxalifətə keçmiş Respublika partiyası, nə də Rusiya tərəfindən sakit qarşılanmayacaq".

Ekspert qeyd edib ki, Azərbaycan geosiyasi manevr, iqtisadi inkişaf, hərbi qüdrət baxımdan Ermənistandan xeyli güclüdür: "Avqust ayında İlham Əliyevin Rusiyaya səfəri zamanı Qarabağ məsələsində prezident Putinlə konstruktiv danısıqların olması gözlənilir. Bütün cəbhələrdə Azərbaycana uduzan Ermənistan baş nazirinin çarəsizliyi son müsahibə də bu ölkənin məğlubiyyətə doğru sürətlə irəlilədiyini göstərir".

AzNews.az