Ukraynanın paytaxtı Kiyev şəhərinin İncəsənət Muzeyində müasir “Art Kiev Contonprerary” Beynəlxalq sərginin 9-cu forumu zamanı azərbaycanlı rəssam Rasim Sevdimovun əsərləri nümayiş olunub. Ukraynanın paytaxtı Kiyev şəhərinin İncəsənət Muzeyində müasir “Art Kiev Contonprerary” Beynəlxalq sərginin 9-cu forumu zamanı azərbaycanlı rəssam Rasim Sevdimovun əsərləri nümayiş olunub.

Xocalı ilə bağlı rəsmlər Ukraynanın ən böyük Muzeyində - VİDEO

Ukraynanın paytaxtı Kiyev şəhərinin İncəsənət Muzeyində müasir “Art Kiev Contonprerary” Beynəlxalq sərginin 9-cu forumu zamanı azərbaycanlı rəssam Rasim Sevdimovun əsərləri nümayiş olunub.



Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun dəstəyi ilə baş tutan "Xeyirxahlıq Elçiləri" adlı layihdə Xocalı soyqırımına həsr edilən rəssam Rasim Sevdimovun əsərləri böyük maraqla qarşılanıb.

Sərgidə həmyerlimizin əsərləri ilə yanaşı gürcüstanlı, moldovalı,ukraynalı 40 rəssamın rəsmləri nümayiş olunub. Sərgidə Ukrayna –Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli erməni vəhşiliyindən danışıblar. Sərgi 15 gün davam edəcək.

AzNews.az həftənin bu və digər maraqlı hadisələri ilə bağlı Ukraynadan yayımlanan Diaspora Tv-nin hazırladığı süjeti təqdim edir.