O, daşların rəngarəng olmasına üstünlük verir O, daşların rəngarəng olmasına üstünlük verir
  • Toplum
  • 8 Sentyabr 2019 12:29
  •  5 240

Çay daşlarından yaradılmış möcüzə - VİDEO

O, daşların rəngarəng olmasına üstünlük verir

Çay daşlarından hörülən divarlar, yerli və müxtəlif ölkələrdən gətirilən güllər, qədim əmək daşları, qədim məişət əşyaları, xalçalar...

Bu məkanı gəzdikcə təbiətdən zövq alaraq sanki tarixə səyahət edirsən. Görüntülər hansısa avropa ölkəsində olan bir muzeydən deyil, Masallı sakini Məmməd Məmmədovun qurub-yaratdığı həyətyanı sahəsindəndir.

60 yaşlı müəllim, səbri və peşəkarlığı sayəsində öz həyətini çay daşları ilə sözün əsl mənasında cənnətməkana çevirib. Çay daşlarından hörülən divarlar və döşəmə kiçik bir qalanı xatırladır.

Məmməd Məmmədov deyir ki, o, bu çay daşlarını boş vaxtlarında çay kənarından, istirahətə getdiyi yerlərdən seçib gətirib. Onları hissələrə böldükdən sonra hörgü işlərini aparıb.

Daşların rəngarəng olmasına üstünlük verir və onları əsla rəngləmir. Həyətdə kiçik bir muzey də var. Müsahibimiz bu muzeydə qonşu kənd və rayonlardan gətirdiyi qədim xalçalar, antik qablar və məişət əşyalarını toplayıb.

Topladığı əşyalar arasında Tunc dövrünə aid olduğu təxmin edilən saxsı qab da var. O, illər ərzində böyük zəhmət bahasına yaratdığı gözəl mənzərəni və topladıqları eksponatları gələcəkdə bölgəyə gələn turistlərə təqdim etmək niyyətindədir.

AzNews.az