Bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb Bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb
  • Toplum
  • 7 İyul 2021 18:14
  •  4 276

Partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

Bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb

Siyasi partiyalar və dini qurumlar çap mediası istisna olmaqla, media orqanları təsis edə bilməyəcək.

Aznews.az xəbər verir ki, bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb.

Siyasi partiyaların və dini qurumların audioviziual media (televiziya kanalı), onlayn media orqanları və informasiya agentlikləri təsis etməsinə icazə verilməyəcək.

Layihəyə əsasən, dövlət orqanlarının da çap mediası təsis etmək sahəsində hüquqları məhdudlaşdırılır. Yalnız istisna hallarda müvafiq icazə alınmaqla, dövlət orqanı çap media orqanının təsisçisi ola biləcək.

Çap mediasının təsisi sahəsində məhdudiyyət qanunverici hakimiyyət (Milli Məclis) və məhkəmə hakimiyyətinə (Konstitusiya Məhkəməsi və Ali Məhkəmə) şamil edilmir.