- Dünyanın halı
- 10 İyul 2019 12:52
- 2 879
Hindistanda nikahdan əvvəl məcburi QİÇS yoxlaması tətbiq oluna bilər

Məcburi yoxlamalar iyulun 15-dən etibarən tətbiq oluna bilər
Hindistanın Qoa ştatında nikahdan əvvəl gənclərin məcburi QİÇS yoxlamasından keçirilməsi tətbiq oluna bilər.
Hazırda bu prosedur yalnız könüllü şəkildə keçirilir.
Məcburi yoxlamalar iyulun 15-dən etibarən tətbiq oluna bilər.
Qeyd edək ki, Hindistan QİÇS-ə yoluxanların sayına görə ölkələr arasında üçüncü yerdə gedir. Ölkədə 2,1 milyon nəfər bu virusa yoluxub. Nigeriyada bu rəqəm 3,2 milyon, CAR-da 7,1 milyon nəfərə bərabərdir.(trend.az)
AzNews.az