Tramp: Qəzzaya çox pul ödədik, amma heç kim bizə təşəkkür etmədi

Şotlandiyada keçirilən kritik sammitdə Qəzza gündəmdədir...

ABŞ prezidenti Donald Tramp Şotlandiyada Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə Qəzza ilə bağlı açıqlamalar verib.

Turnberry qolf meydançası qarşısında jurnalistlərə açıqlama verən Trampdan İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzada yardım çatışmazlığından yaranan aclıq problemi olmadığına dair qiymətləndirməsi ilə razı olub-olmadığı soruşulub.

Tramp belə cavab verib:

Bilmirəm, televizora baxanda deyə bilərəm ki, razı deyiləm. Uşaqlar çox ac görünürlər.

Netanyahuya dedim, bəlkə də başqa yol tutmalısan.

Qəzza üçün çox pul xərclədiklərini ifadə edən Tramp, "Qəzzaya çox pul verdik. Heç kim bizə təşəkkür etmədi. Digər ölkələr də addım atmalıdır",-deyə qeyd edib.

O, Aİ-nin Qəzzaya daha çox yardım göndərəcəyini və Starmerdən də kömək istəyəcəyini söylədi.

Tramp həmçinin bildirib ki , HƏMAS-ın Qəzzada girov saxladığı sonuncu israilliləri azad edəcəyinə şübhə edir , çünki onlar onlardan "insan qalxanı " kimi istifadə edir .

Mövsüm,

AzNews.az