- Dünyanın halı
- 28 İyul 16:39
- 1 151
Pakistanda musson yağışları nəticəsində azı 279 nəfər ölüb

Pakistanda iyunun sonundan bəri musson yağışları və yağışla əlaqədar insidentlər nəticəsində azı 279 nəfər ölüb.
Bu barədə yerli televiziya kanalı Samaa TV məlumat yayıb.
"Pakistanda davam edən musson yağışları nəticəsində ölənlərin sayı 279-a çatıb, son 24 saat ərzində daha 8 nəfərin öldüyü bildirilir", - hesabatda deyilir.
İyunun 28-də musson mövsümü başlayandan bəri ən azı 676 nəfərin də zərər çəkdiyi, 1,5 mindən çox evin zərər gördüyü bildirilir. Ən böyük ziyan 151 nəfərin öldüyü və 536 nəfərin yaralandığı təsdiqlənən Pəncab əyalətinə dəyib.
Mövsüm,
AzNews.az