Yaşından böyük göründüyünə görə tənqid edildi – FOTO

Yeniyetmə Milli öz yaşına uyğun tərzdə geyinmir.

ABŞ-ın 14 yaşlı aktrisası Milli Bobbi Braun sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

AzNews.az xəbər verir ki, abunəçilər düşünürlər ki, yeniyetmə Milli öz yaşına uyğun tərzdə geyinmir.

Bütün bu söz-söhbətə səbəb isə aktrisanın “Qızıl Qlobus” mərasimi üçün seçdiyi libas idi.

Bundan sonra aktrisanın İnstagram səhifəsinin izləyiciləri onun geyim stilini müzakirə etməyə başlayıblar. Millinin İnstagram hesabında paylaşdığı son şəkilə gələn şərhlər də birmənalı olmayıb. İlan dərisinin printində olan dizdən aşağı donunu bəyənənlər də olub, onu çox yaşlı göstərdiyini qeyd edənlər də.

Onun çox tez böyümək istədiyini tənqid edərək yaşının hələ 14 olduğunu diqqətinə çatdırıblar.

“14 yaşlı qız 24 yaşında görünmək istəyir. Bəlkə əvvəlcə həddi-bulluğa çatmağı gözləsin, daha sonra dikdaban ayaqqabı geyinsin?”

“Onun yaşında olanlar Disney qəhrəmanlarının təsvir olunduğu futbolkalar geyinir. Hiss olunur ki, valideynləri onun qayğısına qalmır”, - şərhlərdə belə qeyd olunub.

Bundan sonra aktrisa postun şərh bölməsini bağlayıb. Daha sonra izləyicilərinə kobud formada story bölməsində fikir bildirdikdən sonra silib.

Fəridə Abdulla

AzNews.az

image description image description