“Azərbaycanda əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas prioritetdir. Bu istiqamətdə artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurlu işlər həyata keçirilir” “Azərbaycanda əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas prioritetdir. Bu istiqamətdə artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurlu işlər həyata keçirilir”
  • Tribuna
  • 9 Avqust 2022 15:54
  •  7 379

“Aztəminatlı əhalinin sosial müdafiəsi ildən-ilə gücləndirilir”

“Azərbaycanda əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas prioritetdir. Bu istiqamətdə artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurlu işlər həyata keçirilir”

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza bildirib.

O deyib ki, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir: “Bu baxımdan əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, Prezidentin fərman və sərəncamları, beynəlxalq öhdəliklər bir sıra islahatların keçirilməsi zərurətini yaratmışdır. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi də Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə növbəti diqqət və qayğısının təzahürüdür. Belə ki, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Göstərilən bu diqqət müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımlardan biridir”.

Asif Əsgərlinin fikrincə, Azərbaycanda mövcud sosial müdafiə sistemi bazar iqtisadiyyatının sosial -iqtisadi mühitinə uyğunlaşdırılıb: “Avropa təcrübəsinə əsaslanan islahatın aparılması dövlətin sosial siyasətinin strateji xətti kimi müəyyənləşdirilib. Bu gün Azərbaycan inkişaf edir. Növbəti illərdə dövlətimizin büdcə artımı gözləniləndir. Nəticədə ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin, o cümlədədn müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır. Və buna görədir ki, aztəminatlı əhalinin sosial müdafiəsi ildən-ilə gücləndirilir. Xüsusən Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə daha çox diqqət göstərilir”.