Yenə erməni xisləti özünü göstərir - məkr dolu yalanlar, iftiralar, vandalizm. Yenə erməni xisləti özünü göstərir - məkr dolu yalanlar, iftiralar, vandalizm.
  • Tribuna
  • 10 Avqust 2022 14:59
  •  7 638

LAÇINDA, ZABUXDA: daşlar danışır, əlyazmalar, xatirələr, faktlar danışır...

Yenə erməni xisləti özünü göstərir - məkr dolu yalanlar, iftiralar, vandalizm.

Azərbaycan tarixində faciəli və şərəfli anlar çox olub. Biz bu anları nə unutmalı, nə unutdurmalıyıq!

Ağlım kəsəndən ailəmizdə hər zaman ermənilərin Laçında, doğulduğum Zabux kəndində törətdikləri vəhşiliklər barədə eşitmişəm...

11 aylıq ikən anasının qucağında iki azyaşlı bacısı ilə birgə öz dədə-baba yurdundan didərgin düşürülən mən…

Hərdən öz-özümə düşünürəm ki, bəlkə də ermənilərin törətdikləri o vəhşilikləri dərk edəcək bir yaşda olsaydım, ürəyim partlayıb ölərdim, ya da dəli olardım…

Bacım danışır:

“...Kəndimiz mənfur düşmənlərlə sərhəddə olduğundan, vəziyyət gərginləşməyə başlayan andan atəş səsləri demək olar ki, hər gün eşidilirdi. Ancaq o gün eşidilən səs digərlərindən fərqli idi. Həmin gün doğulub 5 yaşa çatdığım evimizdən məcburən çıxırdıq. Qapımıza bir maşın yaxınlaşdı, vacib olan əşyalarımızı maşına yüklədilər. Mənim üçün isə ən vacib əşyalarım - oyuncaqlarım qalmışdı. Ağlaya-ağlaya oyuncaqlarımı yığdığım qutunu götürməyimizi istədim, dedilər, yer yoxdur, qalsın evdə, onsuz da qayıdacağıq. Bizi də maşına əyləşdirdilər. Mən arxamızca adını “Xallı” deyə çağırdığımız itimin hələ də mənə baxmasını unuda bilmirəm. Mən ağlayıb elə hey “Xallı qaldı, onu istəyirəm”, - deyirdim.