Bloqer üçün bunların heç biri vacib deyil

Facebook ünsiyyət vasitəsi deyil, fərqlənmək şansıdır. Başqalarından geri qalmamaq mərəzidir. Fb-nin ən aktiv iştirakçıları bundan "sosial müşahidə" kimi istifadə edirlər. İnformasiya cəmiyyətində qəzetləri fb səhifələri, ənənəvi televiziyaları isə İnternet televiziyalar əvəz edir.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix fon Hayekin 1972-ci ildə yazdığı "Azadlığın konstitusiyası" kitabından: "Biz texnoloji imkanların inkişafının şüurumuzun üzərində nəzarəti epoxasının astanasındayıq."

Yaşadığımız İnformasiya cəmiyyətində bizim bütün həyatımız İnternetin ətrafında cərəyan edir. Jurnalistlər, ekspertlər İnternetin təkamülü prosesinin bir mərhələsində anladılar ki, onların yerini bloggerlər tutublar. Jurnalist olmaq üçün Ali məktəb bitirmək, analitik düşünmək, oçerklər yazmaq, təhlillər aparmaq lazımdır. Blogger üçün bunların heç biri vacib deyil. O, özü-özünü elan edir. Başqa sözlə özü-özünün ağasıdır. O senzurasılıqdan və nəzarətsizlikdən istifadə edib istənənilən məsələyə, bir çox hallarda irrasional, subyektiv, qərəzli münasibət sərgiləyir. Burada ona ruh verən hətta şəxsiyyəti qeyr-müəyyən qalan "şəxslərin " "bəyənmə" işarəsi qoymasıdır.

2012-ci ildə Barak Obama maraqlı bir açıqlama ilə çıxış etdi: "İnternet öz-özlüyündə yaranmayıb. İnterneti alimlər dövlətin sifarişi əsasında yaradıblar. İndi isə dövlətin nəzarətindən çıxıb."

Bəli, İnternet, WhatsApp-dan istifadə ölkələrə fərqli həyatı yaşatdılar. Tanınmış sosioloqlardan birinin fikridir:

"İnternet Kolumbiya, Afrika ölkələrində narkomaniya, adam oğurluğunu artırdı, Skandinaviya ölkələrində isə Rifah dövlətin güclənməsinə səbəb oldu."

Bill Geyts və Stiv Cobs uşaqlarına 14-15 yaşına qədər iPone-dən istifadəyə qadağa qoyublar.

Etibar ƏLİYEV,

Milli Məclisin deputatı