Hikmər Hacıyev TDT-nin Baş katibinin müavinini qəbul edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda üzv dövlətlərdən və müşahidəçilərdən gəlmiş nümayəndə heyətlərini, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocamanı qəbul edib.

Aznews.az xəbər verir ki, bu barədə TDT-nin "X" hesabında paylaşım edilib.

Görüş Türk Dövlətləri Təşkilatının Rəsmi Xarici Siyasət Araşdırma Mərkəzlərinin 11-ci Toplantısı çərçivəsində keçirilib.

Aznews.az