Bu gündən Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayıb. Bu gündən Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayıb.

Məktəblilərin payız tətili başlayıb

Bu gündən Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayıb.

AzNews.az xəbər verir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.

Belə ki, 5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.