- Dünyanın halı
- 15:38
- 1 336
Yaponiyanın Baş naziri II DM-dəki hadisələrə görə peşman olduğunu bildirib

Yaponiyanın İkinci Dünya Müharibəsindən çıxmasının ildönümündə baş nazir Şiqeru İşiba Tokionun o vaxt baş verən hadisələrə görə peşman olduğunu bildirib .
Bu barədə NHK məlumat yayıb.
O, hökumətin ölənlərin milli anım mərasimində çıxış edərək bildirib ki, 80 ildən sonra da ölkə keçmişin faciələrinə görə tövbə etməli və İkinci Dünya Müharibəsinin dərslərini möhkəm xatırlamalıdır, xüsusən də müasir yapon nəsli artıq onun dəhşətlərini bilmir.
"Biz bir an belə unutmayacağıq ki, bu gün ölkəmizin əmin-amanlığı və firavanlığı müharibədə həlak olanların qiymətli həyatlarına və məhrumiyyətlər tarixinə əsaslanır. Onlara bir daha səmimi hörmət və minnətdarlığımı bildirirəm".
Mövsüm,
AzNews.az