Cari ilin yanvar- sentyabr aylarında Azərbaycandan Hindistana 53,5 milyon ABŞ dolları dəyərində və 107,5 min ton həcmində xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac olunub.
Aznews.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 630 milyon ABŞ dolları və ya 92,2 faiz, həcm baxımından isə 984 min ton və ya 90,2 faiz azdır.
2024-cü ilin ilk doqquz ayı ərzində Azərbaycandan Hindistana 1,092 milyon ton neft (683,6 milyon ABŞ dolları dəyərində) ixrac olunub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində və 16,996 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac olunub.