"Azərbaycan xalqına səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan çox məmnunam" "Azərbaycan xalqına səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan çox məmnunam"
  • Paytaxt
  • 27 May 2020 18:15
  •  3 416

Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

"Azərbaycan xalqına səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan çox məmnunam"

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan çox məmnunam.

Bu kontekstdə mən Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətləri, o cümlədən ölkənin nüfuzunun beynəlxalq arenada yüksəlməsini xüsusilə qeyd etmək istərdim.

Son illər ərzində bizim yüksək səviyyəli siyasi dialoqumuz nəticəsində xalqlarımız arasında çoxəsrlik tarixi dostluq telləri və sıx əlaqələr möhkəmlənir, strateji tərəfdaşlıq isə bütün istiqamətlər üzrə dərinləşməkdə davam edir.

Qarşılıqlı etimad və hörmət, çoxplanlı və praktik əməkdaşlıq ruhunda münasibətlər sözsüz ki, ölkələrimizin və xalqlarımızın ümumi rifahı yolunda bundan sonra da genişlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti və rifah, məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına daimi sülh və tərəqqi arzulayıram".