- Hadisə
- 18:16
- 1 135
Polis əməkdaşları 9 ay ərzində 4 tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

Bu ilin doqquz ayı ərzində polis əməkdaşları qanunsuz dövriyyədən 4 ton 663 kiloqram narkotik vasitə çıxarıb.
Aznews.az xəbər verir ki, bu barədə DİN-də cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur.