Ədəbiyyatımızın bu günkü VARİSİ…

…Mən onu belə tanıyıram


Nə yazsa qəbul edilir, hansı işin arxasınca getsə uğur qazanır. Bu onun taleyidir. Qibtə etmədiyim, uğurlarına sevindiyim, dostlarının çoxundan çox tanıdığm Varis YOLÇUYEV.

Ona görə yaxşı tanıyıram ki, gəncliyimizin ən məhsuldar dövrü bir yerdə keçib. Gecələrimizi gündüz edib, 1991-ci ildə Müstəqilliyimizin ilk qaranquşu kimi ərsəyə gətirdiyi "168 saat" qəzetini respublikada birinci qəzet etdik. Cəmiyyətin siyasiləşdiyi bir vaxtda qaranquş kimi Sumqayıtda qanad açan bu qəzet, sonralar respublikamızın hüdudlarından çıxıb , xarici ölkələrə də müjdə apardı. Dəfələrlə qiymətli ödüllərə, adlara layiq görüldü.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Ekran -Efir" qəzetinə yeni nəfəs gətirdi. Cəmiyyətin " TV plyus" jurnalı isə Varisin əlində mübarək oldu. Televiziyaya informasiya və texnologiyalar məkanında yeni bir imic qazandırdı.

…O, mənim tanıdığım Varisdir. Kənardan bir az soyuq, özündən razı görünən Varisdir. Lakin qəlbində həmişə böyük sevgiləri olub. O sevgilərini qəzetlərə sığışdıra bilmədi. Tale yükü olan kitablarına verdi. Yaxşı kitab, yazıçının ona verdiyi həyatı , yaşamıdır. Hələ 20 yaında Azərbaycan Dövlət Universitetinin tələbəsi olanda onun istedadını İsmayıl Şıxlı dəyərləndirmişdi. İlk yazılarını "Ulduz" ədəbi jurnalında verərək, ürək sözü yazıb bildirmişdi ki, ədəbiyyata yeni nəfəs gəlir, yeni səs gəlir. Xeyir-duası da Varisə düşərli oldu.

Peşəkar qəzetçi Varis son 5 ildə Azərbaycan oxucusuna 8 kitab, Türkiyə kitabsevərlərinə 2 kitab hədiyyə etdi. Əslində çox məhsuldar bir zaman kəsiyidir. Sumqayıtda çıxan "168 saat" qəzeti, "Ekran-Efir" və "TV plyus" dərgiləri… və bunların içərisində hələ 5 ildə bu qədər kitab yazmaq, dünya ədəbiyyatındakı məşhur bestelləri oxumaq… hərdən mənə elə gəlir ki, Varisin saatı başqa cür işləyir. Deyəsən onun vaxtının saatı 24 deyil, daha artıqdır.

Varis kitablarını əlinə alıb, Türkiyəyə onları çap etdirmək üçün getmədi. 75 milyonluq Türkiyə özü onu aradı, tapdı. İndi kitabları ildırım sürəti ilə qardaş Türkiyədə yayılır. "Türkiyə haber ajansının" dünənki sayında görün nə yzırlar: "Yolçuyevin ‘’Son mektup’’ adlı romanı, Türk yazarlardan İmdat AFŞAR tarafından Türkiye Türkçesine çevməndə heç nə yoxdur, rilmiş ve yakın zamanda Türkiye okuyucularına sunulacaktır. "77 nci gün" ve "Sana inanıyorum" adlı romanları IQ Kültür Sanat Yayıncılık tarafından basılmış olup hali hazırda , Türkiye de satışa sunulmuştur. V.Yolçuyev Azərbaycan da en büyük tirajla 10000 tirajla kitapları çıkan, beş ayrı dile tercüme edilen, iki romanına Azərbaycan devletinin desteği ile dizi çekilmiş ve ülkenin Yüksek edebiyat ödülü olan "ALTIN KALEM" e layık görülmüştür. Aynı zamanda Avrasya yazarlar gurubunun ödüllü yazarıdır.".

Uğurlarından danışanda bunları dedi:


VARİS YOLÇUYEV:


-İnsan ortaya nəsə qoyursa, gərək ətrafını, kütləni nəzərə alsın. Bəyənilmək, yaxşı mənada yadda qalmaq üçün etsin. Bir yazıçı bu gün əgər yaşadığı, mənsub olduğu cəmiyyət tərəfindən qəbul edilmirsə, bəyənilmirsə, bu onun öz günahıdır. İndi qəribə bir tendensiya yaranıb ədəbiyyatda, yazırlar, sonra da deyirlər ki, bizi gələcək nəsillər oxuyacaq. Bizi bu xalq başa düşmür, oxumur. Siz öz dövrünüzdə sevilmirsinizsə, bu günkü dövrlə səsləşən əsərlərinizi də gələcəkdə kimsə oxumayacaq. Siz hamınız Frans Kafka ola bilməzsiniz axı?! Gələcək nəsil bu gündür. Gələcək bu gündən doğulur.

- Varisin oxucuları isə çoxdur, bilirəm ki, gündə yüzlərlə məktub da gəlir poçtuna. Artıq hesabı da itirmisən.

- ""Sənə inanıram" və "Sonuncu ölən ümidlərdir "kitablarını yazanda gəncləri nəzərə aldım. Və bütün insanların həyatının ədəbi və əbədi mövsuzu olan sevgidən yazdım. Dünyanın əzəli də, sonu da sevgidir. Nəticə də göz qabağında. "Sonuncu ölən ümidlərdir" kitabım 5 dəfə təkrar nəşr olundu. Hələ mən pirat nüsxələri saymıram. Bu gün çox əminliklə deyə bilirəm ki, kitab oxunur, kitab oxuyanlar var. Sadəcə onları arxanızca aparmaq üçün, əvvəlcə kitab yazanlar özləri oxucunun arxasıyca getməlidirlər.

"Niyə gecikdim?" deyə bilərsiniz. Ancaq elə deyil. Mənə İsmayıl Şıxlı "İşıqlı yol" deyəndə başlayıb yazsaydım, o ilk məhəbbət kimi gəlib keçən bir hiss olacaqdı. Mən əsil yazıçı yaşına gələndən sonra kitablarımı da kamilləşdirdim. Çünki o kitabları elə o gəncliyimdən vərəq –vərəq yazıram, bir zaman kəsiyində bir neçə kitabın mövzusunu cızma qara edirəm. Hansı oxucusu ilə görüşə hazırdırsa, tez bir vaxtda yekunlaşdırıb, çap etdirirəm. Oxucuya cızma qara deyil, savadlı, informasiyadan bol kitab vermək lazımdır.

- Varis bu gün məşhur yazıçıdır, deməklə mən də fəxr duyuram. Ən azı ona görə ki, yaxından tanıdığım, cikinə-biçinə bələd olduğum, dostum-qardaşımın uğuru həm də mənim uğurumdur. Bəs kitablar necə, sənə dost qazandırır, yoxsa ki, qısqanclıq?

- Təbii ki, dost qazandırır. Çox böyük oxucu çoğrafiyasını əhatə edirəm. "Əzilmiş fotoşəkillər" kitabının ingilis dilinə tərcümə edilmiş variantını xarici bir ölkəyə göndərmişəm. Elektron poçtuma artıq naşirlərdən neçə-neçə maraqlı məktublar almışam. Kitab hələ çap olunmayıb, lakin oxucuları artıq var. Özbəkistanın məşhur "Daraqçı" qəzetində "Sonuncu ölən ümidlərdir" və "Sənə inanıram" kitablarımın qəzet variantı minlərlə oxucu toplayıb. Orda da bu iki kitabım nəşrə hazırlanır. Almaniya, Fransa, Amerikada yaşayan, hətta dilimizi bilən əcnəbilər də oxuyurlar kitablarımı, sübutu isə poçtuma gələn məktublardır.

-Bildiyim qədəri, kitabını oxuyanlar arasında maraqlı, senssasiya doğuran hadisələr də baş verib...

- "Bir ovuc torpaq" əsərindəki Zaur obrazı ilə bağlı maraqlı bir əhvalat olmuşdu. Bir tələbə qız baş qəhrəman Zaur öləndən sonra depressiyaya düşərək, ailələrində problem yaratmışdı, valideynləri son ümid yeri kimi, axtarıb məni tapdılar və qızlarının düşdüyü depressiyadan çıxarmaqda onlara yardımçı olmağımı istədilər.

Getdim evlərinə, bir az söhbət edəndən sonra, tələbə qıza Zauru özüm yaratdığımı anlada bildim. Qız depressiyadan ayıldı. Bu kitabım işıq üzü görəndən sonra sumqayıtlı məktəblilər əllərinə , çantalarına, köynəklərinə, divarlara "ZZ" yzırdılar. "Sonuncu ölən ümidlərdir" əsərindəki Nailə və Həmid obrazları nə qədər insanın kumirinə , idealına çevriliblər. Bir oxucum var.

Həmid obrazının fanatıdır. Həmid zindanda yatdığına görə, bu gün də , o oxucu Həmidin sevdiyi yeməklərdən imtina edib, mənə yazır ki, "Mənim Həmidim həbsxanadadır. Nə zaman ordan xilas olsa, mən də o vaxt qayıdacam bu həyata". Bir oxucum var. Kitablarımın tükənməyini istəmir. Deməli, bunun anası çox ağır xəstədir, ağrıkəsici dərmanlarla qadını sakitləşdirirlər. Bir gün necə olursa, qız anasına mənm kitablarımdan birini verir.

Baxır ki, üç gündür anasından şikayət yoxdur. Həmin qız bir neçə ay ərzində anasına kitablarımı dərman kimi oxutdururdu. İndi mənə yazır ki, siz öz əsərlərinizlə anamın ömrünü uzatdıb, ağrılarını azaltdınız. Daşkənddəki "Daraqçı" qəzetinin baş redaktoru Rüstəm Cabbarov maraqlı bir əhvalat yazıb mənə. Deyir ki, ögey atası tərəfindən incidilən qız , yaşadıqları binanın çardağına çıxır ki, özünü assın.

Birdən yerdə qəzetin bir nömrəsini görürür. "Sonuncu ölən ümidlərdir" əsərimdən bir hissəsi olur qəzet parçasında. Və götürüb oxuyur. Baxır ki, sonda yazılıb ki, əvvəli filan səhifədə, davamı var. Qız qəzeti oxumaq üçün , intihardan vaz keçir. "Bir ovuc torpaq" əsərimdən sonra Londonda yaşayan Levon Qəribyan adlı bir sosial şəbəkədə məni lənətləyən səhifə yaradaraq yazmışdı ki, məğlub bir ölkənin 15 yaşlı gənci iki erməniyə necə qalib gələ bilər?! Və müzakirələrdə söyüşlər-təhqirlər... Kitab onları da xeyli yerindən oynatmışdı.

Varisin indi bir "Son məktub"u var. Sonra da 4 bir-birindən maraqlı kitabları olacaq. Bunları Tanrının köməkliyi ilə son iki ildə oxucular oxuya biləcəklər. Tariximizdən, Qarabağ savaşından yazır. Əbədi sevgi ilə birlikdə tarixi əbədiləşdirir.Varis belə yazıçıdır, oxucusunu tanıyır, onun dalınca gedir, və sonra onu öz arxasıyca aparmağı bacarır. Özü də deyir ki, "Kitab oxuyun! Kitab oxumağın zamanıdır!"

AzNews.az
image description