Yanvarın 15-də Varşavada fəaliyyət göstərən Vistula universitetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib. Yanvarın 15-də Varşavada fəaliyyət göstərən Vistula universitetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib.

Varşava universitetində Qarabağ münaqişəsi - Müzakirəsi

Yanvarın 15-də Varşavada fəaliyyət göstərən Vistula universitetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib.


AzNews.az xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə universitetinin müəllim və tələbə heyəti, o cümlədən Azərbaycan Respublikasının Qafqaz universitetindəki Humanitar və ictimai elmlər institutunun elmi işçisi Şamxal Əbilov, Vistula universitetinin doktorantı Sənnur Əliyev, Polşada fəaliyyət göstərən bir sıra araşdırma mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vistula universitetinin beynəlxalq əlaqələr institutunun direktoru, professor Longin Pastusiak Dağlıq Qarabağ probleminin 1988-ci ildən etibarən aktiv fazaya daxil olduğunu bildirib. Münaqişə nəticəsində Azərbaycan Respublikasının ərazilərinin işğal olunduğunu vurğulayıb. Daha sonra söz Vistula universitetinin doktorantı Sənnur Əliyevə verilib. S.Əliyev çıxışı zamanı xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 1990-cı il-20 Yanvar faciəsinə toxunub. O, 20 Yanvar faciəsinin post-Sovet məkanında insanlığa qarşı törədilmiş ən qanlı hadisə olduğunu qeyd edib. Çıxışı zamanı Azərbaycan xalqının müstəqilliyini bərpa etmək istiqamətində xalqımızın keçdiyi yoldan söhbət açıb.

Çıxış üçün söz alan Şamxal Əbilov öncə 20 Yanvar faciəsinə toxunub. Bu faciəyəyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi aspektindən yanaşıb, bununla bağlı ətraflı məlumat verib. Daha sonra "Dağlıq Qarabağa ümumi tarixi baxış: Azərbaycanın mövqeyi" adlı məruzəsi ilə geniş çıxış edən Ş.Əbilov əsasən ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülmə tarixindən söz açıb. O, burada Çar Rusiyası, İran və Osmanlı dövləti arasında imzalanmış Türkmənçay, Ədirnə müqavilələrinə toxunaraq, Qarabağın demoqrafik vəziyyətinə təsirindən danışıb. Dağlıq Qarabağ probleminə tarixin müxtəlif dövrlərində, o cümlədən SSRİ və müstəqillik illərində hüquqi baxımından yanaşmış, iştirakçıların böyük marağına səbəb olmuş tarixi faktları, sənədləri onlara təqdim edib.

Seminar iştirakçıların rəy və suallarından ibarət diskussiya ilə davam edib. Azərbaycanın Polşadakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı polyak dilində nəşr etdirdiyi kitablar və 20 Yanvar faciəsi haqqında polyak dilində olan açıqca seminar iştirakçılarına təqdim edilib.