Rusiya çox ustalıqla 1 il əvvəl başladığı çoxgedişli kombinasiyanın əsas mərhələsini uğurla bitirdi Rusiya çox ustalıqla 1 il əvvəl başladığı çoxgedişli kombinasiyanın əsas mərhələsini uğurla bitirdi
  • Tribuna
  • 11 Avqust 2020 18:41
  •  9 972

Putinin MDB-də şahmat gedişləri – Kreml daha harda “qırmızı xətt” cızır? (TƏHLİL)

Rusiya çox ustalıqla 1 il əvvəl başladığı çoxgedişli kombinasiyanın əsas mərhələsini uğurla bitirdi

Lukaşenko, Paşinyan beyət etdi, Kreml İvanişvili, Dodonun qalib qalması üçün çalışacaq, Orta Asiyada “qırmızı xət”lər bərqərar olub.

Belarusda yenə Putin qalib gəldi

Lukaşenko üçün 6-cı dəfə dövlət başçısı seçilməyin hesabı çox ağır olacaq. Rusiya çox ustalıqla 1 il əvvəl başladığı çoxgedişli kombinasiyanın əsas mərhələsini uğurla bitirdi. İllər keçdikcə daha çox şıltaq olan Lukaşenko üçün ilk növbədə virtual və daha sonra real müxalifət elitasi yetirşdirilməsi üçün zəminlər hazırlandı. Maliyyə dəstəyini “Qazprom”, siyasi dəstəyini isə Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (QRU) himayəsi ilə təşkil edildi. Lukaşenko çox çalışsa da, bu planı dağıda bilmədi, hətta Ukraynanın timsalında Qərbin gizli dəstəyi belə bu planları puça çıxarmadı. Lukaşenko Qərbə sona qədər etimad etmədi, etmək istəmədi. QRU-da bunu da hesablamışdılar, Lukaşenko bu planları poza bilərdi, amma özünü qurban verməliydi. Amma buna getmədi. Bu Belarus üçün yaxşı, yaxud pisdir, bu başqa mövzudur. Putinin onun seçilməsi ilə bağlı təbriki əslində yeni sövdələşmənin Kreml tərəfindən diktə edilən şərtləridir. Lukaşenko üçün əvvəlki şıltaq, qismən müstəqil mövqeyini saxlamaq çox çətin olcaq, onun xarizmasını, mifini məhv etdilər, özü də zərif cinsin nümayəndələri vasitəsiylə. QRU belə rəmzlərə çox əhəmiyyət verir… Bu Türkiyə ilə sövdləşmə proseslərində də çox aydın görünmüşdü.

Növbəti hədəf Gürcüstandır

Rusların növbəti hədəfi Gürcüstandır. Gürcüstanda 21 oktyabrda parlament seçkiləri keçiriləcək və Kremlin əsas ev tapşırığı ölkənin real idarə edən Bidzina İvanişvili və onun lideri olduğu “Gürcü arzusu”nun parlaq qələbəsinə nail olmaqdır. Bu il seçkilər yeni sxem üzrə keçiriləcək 120 deputat proporsional sistemlə, 30 deputata isə majoritar qaydada seçiləcək. Ruslar həmçinin bu dəfə keçmiş spiker Nino Burcanadzenin də siyasi çəkisinin artmasına çalışacaqlar. 2016-cı ildə parlament seçkilərində Bidzina İvanişvili çox çətinliklə qalib gəldi. Hazırda Gürcü Arzusu Partiyası parlamentdə konstitusion çoxluğu itirsə də, sadə çoxluğa malikdir. İvanişvili keçmiş “Qazprom” top-meneceri kimi seçkilərə maliyyə motivasiyasi yaratmaqla təsir etməyi çox bacarıqla öyrənib. Güman olunur ki, bu dəfə də belə olacaq və onun əsas arqumenti maliyyə investisiyaları, COVİD-19 pandemiyası dövründə vətəndaşlara dövlət dəstəyinin göstərilməsi, həmçinin postpandemiya dövründə orta və kiçik biznesə çox böyük maliyyə dəstəyinin verilməsi, vətəndaşlara əlavə maliyyə yardımları da seçki kampaniyasının elementinə çevriləcək. Ölkədə milli birlik və həmrəyliyii təşviq edəcək hadisələrin də baş verməsi istisna olunmur, məsələn ermənilərin ərazi iddiaları, itirilmiş ərazilərin qaytarılmasıyla bağlı yeni təşəbbüslər və s. Hər halda rusiya texnoloqları ötən seçkilərdə parlament, bələdiyyə, prezident seçkilərində, xüsusən ikinci turda Salome Zurabişvilinin əhalinin banklara borcunun bağışlanması vədi ilə seçdirməklə yaxşı işlədiklərini nümayiş etdiriblər. Bu dəfə Saakaşvilinin Ukrayanda rəsmi posta gətirilməsi, seçki qanunvericiliyində dəyişikliklər, iqtisadi vəziyyətlər bağlı çətinliklər Gürcüstan müxalifəti üçün yeni imkanlar yaradıb. Həmçinin Qərbin də Gürcüstanda İvanişvilinin müxalifətə çevrilməsi üçün ciddi çalışacağını gözləmək olar.

Paşinyana şah və mat

Rusiya üçün daha bir vəzifə 2018-ci il 9 dekabr növbədənkənar parlament seçkilərində parlaq qələbə qazandıqdan sonra Ermənistanda əsas söz sahibinə çevrilən Baş nazir Nikol Paşinyanın tam növbəti Saakaşviliyə çevrilməsinin qarşısının alınmasının ardından, onun Kremldən asılı vəziyyət gətirilməsidir. Artıq buna demək oalr ki, nail olunub. Xüsusən ölkənin ən varlı adamı Sarukunyanın ona qarşı çıxması, Baş nazirin bütün səylərinə baxmayaraq keçmiş prezident Köçəryanı həbsdə saxlaya bilməməsi, iqtisadi çətinliklərin dərinləşməsi, iyul ayında Tovuz döyüşlərindən sonra müdafiə naziri Tonoyanın real alternativ kimi irləi sürülməsi buna imkan verilib. Paşniyana artıq mat elan edilib. Paşinyanın Lukaşenkonu təbrik etməsi bunu bir daha göstərdi. Kreml üçün Ermənistanda 3 ildən də az vaxt qalan növbəti parlament seçkilərində ən pis halda Saakişvilinn ölkəsindən didərgin düşməsiylə nəticələnən Gürcüstan ssenarisinin təkrarlanmasıdır.

Moldovada daha bir qələbə lazmdır

Kreml üçün bu ildə Moldovada yaxşı işləmək lazm gələcəck. 1 noyabr ölkədə prezident seçkiləri keçiriləcək. Ruslar 2016-cı ildə sosialist İqor Dodonun prezident seçilməsinə nail olmuşdular. Daha sonra onlar Dodonu qərbyönümlü müxalifətin hücumlarından qoruya bildilər, hətta bir dəfə Konstitusiya Məhkəməsi ona səlahiyyətlərindən istifadə etməyi qadağan etdi. Hazırda Dodonun mövqeləri daha möhkəm görünür, onun lideri olduğu Sosialistlər Partiyası və rusiyameyilli qüvvələr monolitdirlər və vahid mövqedən çıxış edirlər. Qərbin və Avropa İttifaqının dəstəklədiyi siyasi qüvvələr isə dağınıq vəziyyətdədirlər. Avropa İttifaqı hazırda QHT fəallarından ibarət yeni siyasi qüvvə yaranmasına dəstək verir. Dodon tərəfdarları və Kreml texnoloqları da artıq daha çevik hərəkət edirlər, balanslaşdırılmış siyasətin üstünlükləri vurğulanır və Arvopa İttifaqı ilə milli maraqlar çərçivəsində inteqrasiyanın vacibliyi qeyd edilir. Moldovada fövqəladə hadisə baş verməzsə Dodon qalib görünür.

Orta Asiyada sakitlik bərqərar olub

Orta Asiyadakı proseslər hələ ki, Moskvanı qane edir, şıltaq Türkmənistan lideri, daha mülayim olub, “Qazprom” menecerləri onu reallığı qəbul etməyi öyrədiblər. Qazaxıstan və Özbəkistanda hakim komanda dəyişikliyi Kremlin iradəsindən kənarda baş vermədi, hazırda Tacikistanda buna bənzər planların reallaşması üçün hazırlıqlar həyata keçirilir. Moskva Orta Asiya ilə bağlı da çevik siyasət aparmağa başalyıb və “qrımız xət”lərin hüdudları çox genişlənib.

Ruslar xarici siyaasət, iqtisadi məsələlərlə, daxili siyasi prosesərin tənzimlənməsiylə bağlı daha yumşaq davranmağa başalyıblar. Amma “qırmızı xət”lərlə bağlı heç bir güzəşt yoxdur.

Zaur İbrahimli